Modern.az

Koronavirusa görə Nobel mükafatı təxirə salınır?

Koronavirusa görə Nobel mükafatı təxirə salınır?

Aktual

22 İyul 2020, 08:50

Dekabrın 10-da Stokholmda dünyanın ən nüfuzlu elmi və ədəbi Nobel mükafatı laureatlarının şərəfinə keçirilməli olan ziyafət koronavirus pandemiyası səbəbindən baş tutmayacaq.

 

Modern.az-ın məlumatına görə, bu barədə Nobel fondunun icraçı direktoru Lars Haykensteyn bildirib.

Direktor deyib: "İki problem var. Bu qədər insanı bir-birinin yanında yaxın bir yerə toplaya bilməzsiniz. Laureatların ümumiyyətlə İsveçə istədikləri şəkildə gələ biləcəkləri belə bəlli deyil".

 

Nobel mükafatlarının laureatları, hər zamanki kimi, oktyabrın əvvəlində elan ediləcək, lakin mükafatlandırma mərasiminin necə keçiriləcəyi hələ məlum deyil.

Bundan əvvəl Nobel ziyafətinin keçirilməməsi ancaq 1907-ci ildə Kral II Oskarın ölümü səbəbiylə bağlı olub.

 

Xatırladaq ki,1901-ci ildə ilk Nobel ziyafətində hamısı kişi olmaqla yalnız 133 qonaq iştirak edib. Son zamanlar keçirilən ziyafətlərdə isə mərasimdə iştirak edənlərin sayı 1 300 nəfəri keçir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV