Modern.az

Zərdabi Qubada yenidən "doğuldu" - FOTOLAR

Zərdabi Qubada yenidən

Aktual

22 İyul 2020, 15:40

Azərbaycan Milli Mətbuatının yaranmasının 145-ci ildönümündə Qubada Həsən bəy Zərdabinin büstünün açılışı olub.

 

Modern.az xəbər verir ki, Qubanın ən iri yaşayış məntəqələrindən biri, 5000 nəfərdən çox sakini olan Zərdabi qəsəbəsinin mərkəzində yenilənən parkda inşa edilən büst Milli Mətbuatın 145 illiyi günündə sakinlərin istifadəsinə verilib. Məlumat üçün bildirək ki, Həsən bəy Zərdabi 1868-ci ildə Qubada məhkəmə katibi işləyib. Zərdabi qəsəbəsi onun şərəfinə adlandırılıb və 1990-cı illərədək bu qəsəbədə Zərdabinin büstü olub. Həmin dövrdə hansı səbəbdənsə Zərdabinin büstü dağıdılıb. Zərdabinin büstünün yenidən qoyulması təklifinin müəllifi Qubada yaşayan və fəaliyyət göstərən jurnalist Aytəkin Alxaslı Modern.az-a açıqlamasında bu məsələnin reallaşması münasibətilə çox şad olduğunu söyləyib:

 

 “2019-cu ilin bu günü - 22 iyulda Quba İcra Hakimiyyətində Milli Mətbuatın 144-cü ildönümü ilə bağlı keçirilən tədbirdə mən Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevə vaxtilə Qubada Zərdabinin büstünün olduğu, naməlum səbəbdən dağıdıldığı barədə məlumat verdim. Başçıdan onda xahiş etdim ki, Milli Mətbuatın 145 illiyinə Zərdabinin adını daşıyan qəsəbədə yenidən büst qoyulsun. İndi icra başçısı başçısı Ziyəddin Əliyevə təşəkkür edirəm. Mənim təklifimi qəbul edib ölməz "Əkinçi" banisinin adını Qubada yenidən yaşatdığına görə. Bu gün pandemiya şəraitində də olsa da büstün və parkın açılışı baş tutub. Sosial məsafə saxlamaqla və maska taxmaq şərtilə Quba İcra Hakimiyyəti, hüquq-mühafizə orqanlarının rəhbərləri, mətbuat nümayəndələri, az sayda qəsəbə sakinlərinin qatıldığı mərasimdə "Zərdabi" yenidən bu qəsəbədə göründü. Əvvəlcə ölməz maarifçi jurnalist Həsən bəyin büstü ziyarət olunub, önünə gül dəstələri düzülüb.

 

İcra başçısı Ziyəddin Əliyev büstün ətrafındakı bərbad vəziyyətdə olan parkda da yenidənqurma və abadlıq işləri aparıldığını deyib. Başçı Prezident İlham Əliyevin Azərbaycan Milli Mətbuatının 145 illiyi münasibətilə imzaladığı sərəncamın çox mühüm əhəmiyyət kəsb etdiyini, sərəncamdan irəli gələn vəzifələrin ölkədə və Qubada uğurla həyata keçirildiyini vurğulayıb. Bildirib ki, Prezident İlham Əliyevin bütün sahələrdə olduğu kimi, mətbuat sahəsinin inkişafında da xidmətləri çox yüksək səviyyədədir və bunu hər bir mətbuat nümayəndəsi özlüyündə aydın görür”. Açılışın sonunda rayonun həyatında fəal iştirak edən jurnalistlər mükafatlandırılıb. Onlara Quba İcra Hakimiyyətinin Fəxri Fərmanları və mükafat təqdim edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV