Modern.az

Sabirabadda ağır qəza: 1 ölü, 2 yaralı

Sabirabadda ağır qəza: 1 ölü, 2 yaralı

Aktual

22 İyul 2020, 16:49

Sabirabad rayonunda ölümlə və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildiriblər ki, iyulun 21-də saat 18 radələrində Sabirabad rayonunun Surra kəndi ərazisində Yolçubəyli kənd sakini Teyyub Mikayılov idarə etdiyi “Toyota” markalı avtomobili aşırıb.

 

Qəza nəticəsində sürücü və iki sərnişini xəstəxanaya yerləşdirilib, sürücü orada ölüb.

Hadisə ilə bağlı rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!