Mətbuat Şurasının Ali Media Mükafatının 2020-ci il üçün laureatlarının adları açıqlanıb. Azərbaycan Mətbuat Şurası hər il 22 iyul Milli Mətbuat Günündə Ali Media Mükafatını təqdim edir.
Mükafatın məqsədi jurnalistika sahəsində xidmətləri olan şəxslərin fəaliyyətlərinin qiymətləndirilməsini təmin etməklə onların əməyinin medianın və bütövlükdə cəmiyyətin inkişafı üçün prioritet səciyyə daşıyan istiqamətlərini ictimaiyyətə çatdırmaqdan, jurnalistikanın cəmiyyət həyatındakı rolunun artırılmasını stimullaşdırmaqdan ibarətdir.
Şuradan Modern.az-a bildirilib ki, qurumun İdarə Heyəti 2020-ci ildə mükafatın təqdimatında xüsusi meyar seçib. Təqdimatda əsas kimi Azərbaycan həqiqətlərinin ölkəmizdən kənarda təbliği götürülüb. Məhz bu kateqoriyadan olan şəxslərin əməyinin qiymətləndirilməsi, onların fəaliyyətinə dəyər verilməsi qərara alınıb. Bu baxımdan 6 laureat müəyyənləşdirilib. Laureatlar aşağıdakılardır:
2.“Moskva-Baku” İnformasiya portalı – təltif olunurlar:
- Saqayev Ruslan Şamsutdinoviç, “Moskva-Baku” informasiya portalının baş redaktoru;
- Usanova Anna Sergeyevna, “Moskva-Baku” informasiya portalının baş redaktor müavini;
- Strokan Sergey Vladlenoviç, “Moskva-Baku” informasiya portalının siyasi şərhçisi.
Erməni daşnaqlarının Orta Asiyadan Qarabağa kimi törətdikləri qırğınlar, vandalizm aktlarına dair jurnalist araşdırmalarına, yazılarına görə tanınır. Erməni məsələsi ilə bağlı arxiv materiallarını araşdırıb, «Дашнаки от Ферганы до Карабаха» «Карабахский конфликт. Истоки-Причины-Последствия» kitablarını hazırlayıb;
Ali Media Mükfatatının laureatlarının təqdimetmə mərasiminin bu ilin payızında təşkili nəzərdə tutulur.