Modern.az

“Tik-tok”da narkotik qəbulunu təbliğ edənlər saxlanıldı

“Tik-tok”da narkotik qəbulunu təbliğ edənlər saxlanıldı

Aktual

22 İyul 2020, 21:29

"Tik-tok” sosial şəbəkəsində "Maya” və "Banu” adları ilə qeydiyyatdan keçərək narkotik vasitələrin qəbulunu təbliğ edən videolar yayan şəxslər saxlanılıblar.

 

Bununla bağlı Modern.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. 

 

Bildirilib ki, "Tik-tok” sosial şəbəkəsində müxtəlif profillər açaraq, narkotik vasitələrin qəbulunu təbliğ edən videolar yayan və buna görə guya polis əməkdaşlarının onları cəzalandırmadığını bildirən şəxslər saxlanılıblar. 

 

Baş Narkotiklərlə Mübarizə İdarəsi, Səbail RPİ-nin 39-cu və Nərimanov RPİ-nin 17-ci Polis Bölmələrinin əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxslər -  sosial şəbəkələrdə "Maya” və "Banu” adları ilə qeydiyyatdan keçən Murad Kərimov və Həbib Şahniyarov saxlanılıblar.  Həmin şəxslər ifadələrində qeyd edilən sosial şəbəkədə  narkotik vasitələrin qəbulunu təbliğ etdiklərini etiraf ediblər.

 

Murad Kərimov və Həbib Şahniyarov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə tədbir görülüb və onlar inzibati qaydada cəzalandırılıblar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV