Modern.az

Azərbaycanlı gənc yazarın kitabı Türkiyədə çap olundu

Azərbaycanlı gənc yazarın kitabı Türkiyədə çap olundu

Aktual

22 İyul 2020, 23:18

Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 2016-cı ildən həyata keçirilən “Azərbaycan Kitabının Dünyaya Tanıdılması” (AKDT) layihəsi çərçivəsində “Azərbaycan Ədəbiyyatı Gənclik Seriyası” üzrə istedadlı gənc şair və yazıçılarımızın Türkiyədə tanıdılması işi davam etdirilir.

 

Modern.az xəbər verir ki, layihə üzrə yazar Rəvan Cavidin “Absurd menyu” adlı kitabı Türkiyə türkcəsində işıq üzü görüb.

 

Tanınmış şair-tərcüməçi Yurtsevən Şənin türkcəyə çevirdiyi esselər toplusu Türkiyənin “Zengin Yayıncılık” nəşriyyatı tərəfindən 5000 tirajla nəşr olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV