Azərbaycanın işğal altındakı Qarabağ torpaqlarında COVİD-19-a yoluxanların sayı 200-ü keçib.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, ötən gün daha 10 nəfərdə COVİD-19 olması müəyyənləşib. Onların hamısı Xankəndi şəhərində məskunlaşmış ermənilərdir.
Beləliklə, koronavirusa yoluxanların ümumi sayı 203 nəfərə çatıb. Onlardan yalnız 148-i sağalıb. Hazırda Xankəndində, Laçın, Kəlbəcər və Tərtər rayonunun işğal altındakı ərazilərində virus ocaqları mövcuddur.