Modern.az

Salyanda arvadını bıçaqlayandan sonra özünü yandıran ər öldü

Salyanda arvadını bıçaqlayandan sonra özünü yandıran ər öldü

Aktual

30 İyul 2020, 20:11

Salyanda həyat yoldaşını bıçaqlayandan sonra özünü yandıran ər ölüb. 

 

Modern.az-ın məlumatına görə, Məcid Kərimov xəstəxanada keçinib. Rayonun Kürsəngi kənd sakini, 1994-cü il təvəllüdlü Kərimova Aysel Vahid qızı qarın nahiyəsinin çoxsaylı bıçaq xəsarətləri ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib və əməliyyata götürülüb.

 

Onun həyat yoldaşı,1988-ci təvəllüdlü Məcid Kərimov tərəfindən bıçaqlandığı bildirilir.

 

Qeyd edilir ki, ər həyat yoldaşını bıçaqlayandan sonra özünü yandırıb. M.Kərimov ağır yanıq xəsarətləri ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır. (APA)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV