Modern.az

“WhatsApp”da nasazlıq yarandı

“WhatsApp”da nasazlıq yarandı

Aktual

17 Sentyabr 2020, 16:57

“WhatsApp” mesencerinin beta versiyasında dünya boyu nasazlıq ortaya çıxıb.

 

Modern.az xəbər verir ki, toplu çatlardan istifadəçilər yox olmağa başlayıb.

 

Bəzi istifadəçilər “Twitter”dən bildirirlər ki, başqa istifadəçi hər hansı ismarıc göndərəndə onlar çatda yenidən görünməyə başlayıb.

 

Bununla yanaşı, Hindistandan bir istifadəçi “WhatsApp” vasitəsilə şəkil çəkə bilmədiyini açıqlayıb.

 

Sözügedən çətinliklərlə yalnız v2.20.200.7 və v2.20.200.8 versiyalarını işlədən “Android” istifadəçilərinin üzləşdiyi bildirilir. Belə ki, daha köhnə versiyanı yükləməklə bu nasazlıqdan qurtulmaq mümkündür.

 

“WhatsApp”dan məsələyə dair fikir bildirməyiblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!