Modern.az

Avropa Parlamentinin qətnaməsi pislənildi

Avropa Parlamentinin qətnaməsi pislənildi

Aktual

17 Sentyabr 2020, 23:24

Türkiyənin Xarici İşlər Nazirliyi Avropa Parlamentinin (AB) Şərqi Aralıq Dənizi ilə bağlı qətnaməsini pisləyən bəyanatla çıxış edib.



Modern.az  Türkiyə mediasına istinadən xəbər verir ki, Bəyanatda Avropa Parlamenti Baş Assambleyasının 17 sentyabr 2020-ci il tarixli Türkiyə ilə bağlı tövsiyəedici qətnaməsinin faktlardan uzaq olduğu vurğulanır:  "AB üzvlərinin həmrəyliyi üçün qəbul edilib, bəzi üzv dövlətlərin mənafelərinə xidmət edir və bir çox münasibətlərdə qəbuledilməzdir".


Türkiyənin Xarici İşlər Nazirliyi qeyd edib ki, Avropa Parlamenti qərəzli, haqsız mövqeyə və ona səlahiyyət verilməyən dəniz hüququnun əsassız, birtərəfli şərhlərinə görə öz nüfuzunu itirir:

"Nə Avropa parlamenti, nə Avropa Birliyi, nə Avropa Birliyinin üzv dövlətləri sərhədləri və üçüncü ölkələrin yurisdiksiyasını müəyyən etmək səlahiyyətinə malikdir".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV