Modern.az

Heyvanına şükür...

Heyvanına şükür...

Aktual

9 Oktyabr 2020, 10:35

Qəzənfər Həmidoğlu

Rusiyada keşmiş bir diplomat var. Vladimir Kazimirov. Qocaldıqca heyvərələşir.

1992-1996-cı illərdə Rusiya prezidentinin Dağlıq Qarabağ üzrə səlahiyyətli nümayəndəsi, ATƏT-in Minsk qrupunun həmsədri olub. Özünü Bişkek protokolunun müəllifi sayır.

Onu elə o vaxtlardan tanıyıram - dabbaqda gönünə bələd idik: zır ermənipərəstdi, vasitəçiliyi Azərbaycan tərəfini hədələməkdən başqa bir şey deyildi.

Adam 91 yaşına çatıb, nimdaşlaşıb, amma Azərbaycana olan kin-küdurəti köhnəlməyib.

Deyir ki, cəbhədə əks-hücuma keçən Azərbaycan atəşkəs sazişini "cinayətkarcasına" pozub.
 
Utanmadan bunu da əlavə edir ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin "iflasının və yerinə yetirilməməsinin günahkarı" Bakıdır.

Adam hələ də heyfslənir ki, ermənilər niyə o vaxt Gəncə istiqamətində irəliləmədilər.

Heyif soyadından (Kazimir - Qazi əmir), amma adamda Azərbaycana qarşı dəvə kini var, səbəbi də qaranlıqdır. Bəlkə də hərifin erməni mərəzi var...

Nə isə, heyvanına şükür, İlahi!

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır