Modern.az

Sabahın hava PROQNOZU - 26 dərəcə...

Sabahın hava PROQNOZU - 26 dərəcə...

Aktual

9 Oktyabr 2020, 13:19

ETSN Milli Hidrometeorologiya Xidmətinin Modern.az-a verdiyi məlumata görə, oktyabrın 10-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

 
Havanın temperaturu Abşeron yarımadasında gecə 13-16, gündüz 19-21, Bakıda gecə 13-15, gündüz 19-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 774 mm civə sütunundan 771 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-70, gündüz  40-45 faiz olacaq. 


Oktyabrın 10-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin Böyük Qafqazın bəzi şərq rayonlarında qısamüddətli yağış yağacağı, duman olacağı  gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu  gecə 9-14, gündüz 21-26, dağlarda gecə 2-7, gündüz  8-13 dərəcə  isti olacaq.  


Tibbi-meteoroloji proqnoz.


Oktyabrın 10-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV