Modern.az

Daha 20 şagirddə koronavirus aşkarlanıb - RƏSMİ

Daha 20 şagirddə koronavirus aşkarlanıb - RƏSMİ

Aktual

9 Oktyabr 2020, 14:16

Orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı oktyabrın 9-na olan vəziyyət açıqlanıb.

Modern.az xəbər verir ki, Təhsil Nazirliyinin məlumatına görə, 8 şagird və 2 işçinin hərarəti 37 dərəcədən yuxarı olub.

Nazirlik bildirib ki, daha 20 şagird və 6 işçidə koronavirus aşkarlanıb.

Hazırda distant təhsilə keçmiş siniflərin sayı isə 7-dir.

Əyani təhsilə keçmiş siniflərin sayı 1-dir.

İndiyə qədər ölkə üzrə 2 məktəb və 36 sinifdə tədris dayandırılıb, onlar distant təhsilə keçirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV