Modern.az

Sumqayıtda üç avtomobil toqquşdu

Sumqayıtda üç avtomobil toqquşdu

Aktual

9 Oktyabr 2020, 23:51

Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az xəbər verir ki, hadisə şəhərin Koroğlu küçəsində qeydə alınıb.

Belə ki, 99-GS-741 dövlət nömrə nişanlı "Opel" markalı avtomobil sürət həddini aşaraq, arxadan 99-XA-325 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobilə çırpılıb. “Opel“ bundan sonra yol kənarında dayanan 50-BT-345 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində xəsarət alan olmasa da hər üç avtomobilə ciddi ziyan dəyib.

Hadisə yerinə DYP əməkdaşları və təxliyə maşını cəlb olunub. (Report)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?