Modern.az

Azərbaycan nefti yenidən bahalaşdı

Azərbaycan nefti yenidən bahalaşdı

Aktual

2 Dekabr 2020, 11:06

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 1-də 48,38 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,33 dollar/barel çoxdur.

 

Bu barədə Modern.az ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 47,84 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,32 dollar/barel çoxdur.

 

 

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 46,84 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,65 dollar/barel azdır.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 47,02 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,63 dollar/barel çoxdur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu