“Bakı Metropoliteni” bu il də yeni qatarlar alacaq. Bu barədə Modern.az-a açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
B.Məmmədov qeyd edib ki, hazırda bu istiqamətdə işlər davam etdirilir:
“2019-cu ildə Bakı Metropoliteni Rusiyanın “Metrovaqonmaş” Səhmdar Cəmiyyəti ilə müqavilə bağlanıb. Müqaviləyə əsasən hər il şirkət Bakı Metropoliteni üçün 20 yeni vaqon istehsal etməlidir. 2015-ci ildən bu vaxta qədər Bakı Metropoliteni 75 yeni vaqon gətirib. Hazırda həmin vaqonlar istismardadır. Bu il daha 20 vaqon ölkəyə gətiriləcək və ilin sonuna qədər istismara veriləcək”.
Onun sözlərinə görə, müqaviləyə əsasən gələn il daha 20 yeni və müasir vaqonun ölkəyə gətirilməsi planlaşdırılıb.