Modern.az

Binədən "Ulduz"a yeni marşrut xətti açıldı

Binədən

Aktual

29 May 2021, 12:04

Binə Atçılıq yaşayış massivini metronun “Ulduz” stansiyası ilə əlaqələndirən yeni 169 nömrəli müntəzəm marşrut xətti təşkil edilib.

 

Bu barədə Modern.az-a məlumat vrrən Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib ki, yYəeni xəttin təşkili ilə bağlı qərar çoxsaylı vətəndaş müraciətləri nəzərə alınmaqla verilib:

 

""General Auto Company” şirkətinin istismarında olan marşrut xətti 31 maydan fəaliyyətə başlayacaq. Sərnişin təlabatına uyğun olaraq marşrut üzrə daşımalara ortatutumlu avtobuslar cəlb ediləcək. Marşrutun hərəkət intervalı sərnişin təlabatına uyğun olaraq tənzimlənəcəkdir. Marşrut xətti üzrə gediş haqqı 0.40 AZN təşkil edəcək.

 

Yeni marşrut xəttinin təşkili ilə 14000 nəfərdən artıq əhalisi olan Atçılıq yaşayış massivi sakinlərinin şəhər mərkəzi ilə birbaşa əlaqələndirilməsi təmin olunacaq".

 

Onun sözlərinə görə, ölkə başçısının şəhərətrafı kənd və qəsəbələrdə yaşayan vətəndaşlara göstərilən sərnişindaşıma xidmətlərində keyfiyyətin artırılması ilə bağlı tapşırığına uyğun olaraq analoji işlər bundan sonra da davam etdiriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı