Modern.az

“8 Noyabr” stansiyasında yeniliklər tədbiq edildi

“8 Noyabr” stansiyasında yeniliklər tədbiq edildi

Aktual

29 May 2021, 12:46

“8 Noyabr” stansiyasında gərginlik təminatı ilə bağlı məsələdə ilk dəfə olaraq yenilik tədbiq edilib.

 

Modern.az-ın məlumatına görə, bu barədə “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov deyib.

 

Rəis müavini bildirib ki, stansiyada 35 kV-luq yarımstansiya istifadəyə verilib:

 

“Stansiya fasiləsiz elektrik təminatı məqsədilə dörd ədəd güc generatorla təmin edilib, ümumi uzunluğu keçid kamerası ilə birlikdə uzunluğu 363,5 metrdir. Bu da qatarların intensiv hərəkəti təmin edir. Stansiyanın platforması 7 vaqondan ibarətdir. Qatarların idarəsi radiodalğalar vasitəsilə təmin edilir ki, bu da mərhələli şəkildə həyata keçirilir. Bu stansiyada da idarəetmə məhz bu sistemlə həyata keçiriləcək".

 

O qeyd edib ki, 31 maydan istifadəyə veriləcək “8 Noyabr” stansiyanın sərnişinlərin daşınmasında əhəmiyyətli rolu olacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı