Modern.az

“8 Noyabr”dan digər stansiyalara necə getmək olacaq? - Açıqlama

“8 Noyabr”dan digər stansiyalara necə getmək olacaq? - Açıqlama

Aktual

29 May 2021, 12:52

Bu gün açılışı olan “8 Noyabr” stansiyasına daxil olan sərnişinlər digər metrostanaiyalarına keçmək üçün “Memar Əcəmi” stansiyasına gedərək yaşıl xəttə keçəcəklər.

 

Modern.az-ın məlumatına görə bunu “Bakı Metropoliteni” QSC-nin mərbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov açıqlayıb.

 

O bildirib ki, “8 Noyabr” stansiyası 3 səviyyədən ibarətdir:

 

“Sərnişinlər stansiyanın platformasına düşərək qatara minə biləcəklər. Bu stansiyanın mənzili “8 Noyabr”- “Avtovağzal” stansiyalarını əhatə edir. “8 Noyabr” stansiyasında qatara minən sərnişinlər digər stansiyalara getmək üçün “Memar Əcəmi” stansiyasının "Bənövşəyi xətti"ndən "Yaşıl xətt"ə keçid edərək ünvan başına gedə bilərlər".

 

Qurum rəsmisi deyib ki, bunun üçün sərnişinlər stansiyalardan keçiddə əlavə ödəniş etməyəcəklər.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı