Modern.az

Baş Prokurorluqdan arvadını öldürən hakimin vəkilinə XƏBƏRDARLIQ

Baş Prokurorluqdan arvadını öldürən hakimin vəkilinə XƏBƏRDARLIQ

Aktual

31 May 2021, 13:15

 “Cinayət işi üzrə intensiv istintaq hərəkətləri aparıldığı hazırkı dövr ərzində hər hansı açıqlamanın verilməsi istintaqın gedişatına təsir kimi qəbul ediləcək”.

 

Bu barədə Baş Prokurorluqdan hakim Fəqan Əhmədovun vəkillərinin mediaya açıqlaması ilə bağlı Modern.az-ın sorğusuna cavab olaraq bildirib.

 

Baş Prokurorluq bu kimi hərəkətlərdən çəkinməyi tövsiyə edir.

 

Rəsmi məlumata görə, mayın 30-da paytaxt sakini Əhmədova Pərvanə Süleyman qızının qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə Sabunçu rayon prokurorluğunda başlanmış cinayət işi üzrə istintaqın aparılması Baş Prokurorluğun rəhbərliyinin göstərişinə əsasən Baş Prokurorluğun İstintaq idarəsində tapşırılıb.

 

Qeyd edilib ki, Əhmədov Fəqan Rövşən oğlunun  özünə məxsus ov tüfəngindən atəş açaraq Pərvanə Əhmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Fəqan Əhmədov şübhəli şəxs qismində istintaqa cəlb edilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Xatırladaq ki, Fəqan Əhmədov Sabunçu Rayon Məhkəməsinin hakimidir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı