Bu ilin 4 ayı ərzində elektron qaydada təyin olunan sosial müavinət və təqaüdün statistikası açıqlanıb.
Dövlət Sosial Müdafiə Fondundan (DSMF) Modern.az-a verilən məlumata görə, hesabat dövründə 36 min 800 nəfərdən çox vətəndaşa elektron qaydada sosial müavinət və təqaüd təyin olunub.
Bunun 50,7%-ni kişilər, 49,3%-ni isə qadınlar təşkil edib.