“Vətən müharibəsindən sonra 90 şəhid övladı doğulub”.
Modern.az-ın məlumatına görə, bunu “YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynov “YAŞAT” Marafonunun başa çatması ilə əlaqədar mətbuat konfransında deyib.
E.Hüseynovun sözlərinə görə, 72 yeni doğulan körpənin anasının hesabına ilkin xərclər üçün 1000 manat ödənilib:
“38 şəhid övladının isə adına 5000 manatlıq hesab açılıb”.