Modern.az

Əlilliyi 6 ay ərzində bərpa olunanların NƏZƏRİNƏ

Əlilliyi 6 ay ərzində bərpa olunanların NƏZƏRİNƏ

Aktual

1 İyun 2021, 13:11

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyi olan şəxslərin hüquqlarının daha dolğun təminatı məqsədilə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunda dəyişiklik edilməsi barədə yeni qanun layihəsi hazırlayıb.

 

Qurumdan Modern.az-a verilən məlumata görə, layihə artıq Milli Məclisə təqdim edilib.

 

Layihədə əlillik müddəti bitdikdən sonra 6 ay ərzində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, ötürülmüş müddətin nəzərə alınması təklifi yer alıb.

 

Bu o deməkdir ki, əgər şəxsə əlillik müddəti bitəndən sonra 6 aya qədər dövr ərzində yenidən əlillik təyin edilibsə, bu yeni əlillik təyinatı onun əvvəlki əlillik müddətinin bitdiyi tarixdən rəsmiləşəcək. Həmin müddət üçün də vətəndaşın sosial ödənişləri aparılacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Şok xəbərdarlıq! İran vurulacaq - Ordu əmr gözləyir