Modern.az

“Verdiyimiz sözü çox şükür yerinə yetirdik” - Ərdoğan Şuşa səfərindən DANIŞDI

“Verdiyimiz sözü çox şükür yerinə yetirdik” - Ərdoğan Şuşa səfərindən DANIŞDI

Aktual

15 İyun 2021, 17:46

Qırx dörd günlük müharibə nəticəsində Qarabağ, çox şükür, sahiblərinə qayıtdı və erməni zülmündən, erməni işğalından azad edildi.

Modern.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 15-də Şuşada mətbuata bəyanatında söyləyib.

15 iyun – Milli Qurtuluş Günü münasibətilə ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anan Türkiyə Prezidenti deyib:

“Qəhrəman Azərbaycan Ordusunun Qarabağ zəfərinin sevincini qardaşım cənab Əliyevlə birlikdə keçən il dekabrın 10-da Bakıda birlikdə bölüşmüşdük. O gün tamamilə başqa bir coşqu, həyəcan var idi. Altı ay sonra qədim Şuşada onunla bir yerdə olmaqdan böyük məmnunluq duyuram. Verdiyimiz sözü çox şükür yerinə yetirdik”

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...