Modern.az

Qaxda ağır yol qəzası -1 ölü, 7 yaralı var - FOTO

Qaxda ağır yol qəzası -1 ölü, 7 yaralı var - FOTO

Aktual

15 İyun 2021, 22:46

Qax rayonunda ağır yol qəzası baş verib.

 

Modern.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında Qorağan-Qax-Zaqatala avtomobil yolunun, Qaxın Ləkit kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Belə ki, Qax istiqamətində hərəkət edən Ləkit kənd sakininin idarə etdiyi 10-KE-722 dövlət qeydiyyat nişanlı "Daewoo" markalı minik avtomobili, Balakən rayonu istiqamətində hərəkət edən 99-VX-849 dövlət qeydiyyat nişanlı "Mercedes Vito" markalı mikroavtobusla toqquşub.

 

İlkin məlumata görə, qəza nəticəsində 1 nəfər ölüb, 7 nəfər yaralanıb. Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

 

Fakt araşdırılır (report).

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir