Modern.az

"Stadiona gələn hər kəsə Türkiyə və Azərbaycan bayraqları verəcəyik"

Aktual

16 İyun 2021, 00:53

“Millimizin Bakı Olimpiya Stadionundakı məşqini izlədik. Ardınca otelə yollanıb Cüneyt Çakırın idarə etdiyi Macarıstan – Portuqaliya matçına baxdıq”.

 

Modern.az xəbər verir ki, bunu Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdəmir deyib.

 

Qurum başçısı Türkiyə millisinin Bakı Olimpiya Stadionunda Uelsə qarşı keçiriləcək matç barədə də danışıb:

 

“Üç gündür burdayıq. 30 min azarkeşin Türkiyəni dəstəkləyəcəyini düşünürəm. Stadiona daxil olan hər kəsə Türkiyə və Azərbaycan bayraqları verəcəyik. Yığmamıza böyük dəstək olacaq. Komandamız yaxşı futbol oynayacaq. Azərbaycanlı qardaşlarımızla birlikdə komandamıza dəstək verib yaxşı nəticə qazanacağımıza ümid edirəm”.

 

Qeyd edək ki, Türkiyə millisinin Uelslə oyunu saat 20:00-da başlayacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...