Modern.az

İspaniya kubokunda səfər qolu qaydası ləğv olundu

İspaniya kubokunda səfər qolu qaydası ləğv olundu

Aktual

25 İyun 2021, 22:18

İspaniya Futbol Federasiyası Kral kubokunda səfər qolu qaydasını ləğv edib.

 

Modern.az xəbər verir ki, bununla bağlı qərar qurumun son iclasında qəbul olunub.

 

Daha əvvəl UEFA öz bayrağı altında keçirilən yarışlarda sözügedən qaydanın ləğvinə dair qərar çıxarıb.

 

Qeyd edək ki, yeni qaydaya əsasən, qol sayı bərabər olarsa, hərəsi 15 dəqiqədən ibarət iki əlavə hissə oynanılacaq. Burada da qalib müəyyənləşməsə, penaltilər seriyası baş tutacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?