Modern.az

Türkiyədə yenidən Formula 1 yarışları keçiriləcək

Türkiyədə yenidən Formula 1 yarışları keçiriləcək

Aktual

26 İyun 2021, 00:56

İyunun 11-13-də keçirilməsi planlaşdırılan, lakin koronavirusla bağlı ölkədəki vəziyyətin kəskinləməsi səbəbindən ləğv olunan Türkiyə Qran-prisi yenidən Formula 1 yarışlarının təqviminə daxil edilib.

 

Modern.az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, Türkiyə Qran-prisi mövsümün 16-cı yarışı olan Sinqapur Qran-prisinin yerinə təqvimə salınıb.

 

“Intercity İstanbul Park” trasının ev sahibliyi edəcəyi yarış oktyabrın 1-3-də baş tutacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?