Modern.az

Böyük Zəfərin sevincini bizə yaşadan şəxsi heyəti təbrik edirəm - Ceyhun Bayramov

Böyük Zəfərin sevincini bizə yaşadan şəxsi heyəti təbrik edirəm - Ceyhun Bayramov

Aktual

26 İyun 2021, 10:42

Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan Silahlı Qüvvələrini 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə hərbçilərimizi təbrik edib.

 

Modern.az xəbər verir ki, XİN başçısı təbrik mesajını tvitterdə yazıb.

 

“26 iyun - Azərbaycan Silahlı Qüvvələri Günündə, bizə ikiqat bayram, Ali Baş Komandanın rəhbərliyi altında xalqımıza böyük Zəfərin sevincini yaşadan Azərbaycan Silahlı qüvvələrinin şəxsi heyətini səmimi qəlbdən təbrik edirik! Şəhidlərimizi dərin hörmət və minnətdarlıqla anırıq!”, - XİN başçısı qeyd edib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?