Modern.az

Bu gün Avro-2020-də 1/8 final başlayır - hansı telekanallar göstərəcək...

Bu gün Avro-2020-də 1/8 final başlayır - hansı telekanallar göstərəcək...

Aktual

26 İyun 2021, 10:54

Bu gün futbol üzrə Avropa Çemionatı-2020-də 1/8 final mərhələsinə start veriləcək.


Modern.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçiriləcək.

 

Əvvəlcə Uels Danimarka ilə qarşılaşacaq. Bu cütün qalibi 1/4 final matçını Bakıda oynayacaq. Rəqib isə Niderland - Çexiya cütünün qalibi olacaq.

Günün son oyununda isə İtaliya və Avstriya yığmaları üz-üzə gələcəklər. Mərhələni keçən komanda 1/4 finalda Belçika - Portuqaliya cütünün qalibi ilə qarşılaşacaq.

Avropa çempionatı, 1/8 final mərhələsi

20:00. Uels - Danimarka
Baş hakim:
 Daniel Zibert (Almaniya)
Amsterdam, "Yohan Kroyf Arena"

23:00. İtaliya - Avstriya
Baş hakim:
 Entoni Teylor
London, "Uembli" stadionu

Avro-2020-nin 1/8 mərhələsində bu gün keçiriləcək oyunlara Azərbaycan, Türkiyə və Rusiya telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq.

Qarşılaşmalar aşağıda adları qeyd olunan kanallar vasitəsi ilə birbaşa nümayiş etdiriləcək:


AZƏRBAYCAN

"İctimai TV"

20:00. Uels - Danimarka


"İdman TV"

23:00. İtaliya - Avstriya

 
TÜRKİYƏ

"TRT 1" 

20:00. Uels - Danimarka
23:00. İtaliya - Avstriya

"TRT Spor"

20:00. Uels - Danimarka
23:00. İtaliya - Avstriya

RUSİYA

"Match Premyer"

20:00. Uels - Danimarka
23:00. İtaliya - Avstriya

Rossiya-1

Uels - Danimarka

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?