Modern.az

Azərbaycanlı futbolçunun Türkiyə klubuna keçidi rəsmiləşdi

Azərbaycanlı futbolçunun Türkiyə klubuna keçidi rəsmiləşdi

Aktual

26 İyun 2021, 11:13

“Keşlə”nin sabiq yarımmüdafiəçisi Vüsal İsgəndərlinin “Ankara Keçiörengücü”yə keçidi rəsmiləşib.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

 

Bildirilib ki, 25 yaşlı hücumameyilli oyunçu ilə müqavilə imzalanıb. Azərbaycan millisini üzvü birinci liqa təmsilçisi ilə 3 illik sazişə qol çəkib.

 

Qeyd edək ki, Vüsal İsgəndərli ötən mövsüm “Keşlə”nin heyətində Azərbaycan Premyer Liqasında 26 oyun keçirib, 3 qol vurub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?