Modern.az

Azərbaycan Ordusunun döyüş hazırlığında Türkiyənin böyük rolu var - Zakir Həsənov

Azərbaycan Ordusunun döyüş hazırlığında Türkiyənin böyük rolu var - Zakir Həsənov

Aktual

26 İyun 2021, 11:59

"Azərbaycan zabitinin, Azərbaycan Ordusunun döyüş hazırlığında Türkiyə Silahlı Qüvvələrinin böyük rolu var".

 

Modern.az xəbər verir ki, bunu Müdafiə naziri, general-polkovnik Zakir Həsənov "Real" TV-yə müsahibəsində deyib.

 

"Bizim çoxlu sayda zabitimiz Türkiyənin hərbi məktəblərində təhsil alıb. Bizim təlim mərkəzlərində təlim keçiblər. Bunların hamısının nəticəsi olaraq Azərbaycan Ordusunun hissə və birləşmələri - Azərbaycan əsgəri və Azərbaycan zabiti döyüşlərdə yüksək peşəkarlıq və vətənpərvərlik nümayiş etdirdi. Bunun nəticəsi də göz qabağındadır. Bu gün bütün dünya Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi əməliyyatları dərindən öyrənməkdədir. Bununla bağlı bizə çoxsaylı müraciətlər daxil olub. Amma təbii ki, biz məxfilik məsələlərini nəzərə alaraq öz təcrübəmizi yaxın dostlarla bölüşməyə hazırıq", - nazir əlavə edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?