Modern.az

Azərbaycanla Rusiya arasında saziş TƏSDİQLƏNDİ

Azərbaycanla Rusiya arasında saziş TƏSDİQLƏNDİ

Aktual

26 İyun 2021, 12:45

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Rusiya Federasiyasının Rəqəmli İnkişaf, Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyi arasında rabitə və informasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.

 

Modern.az xəbər verir ki, fərmanda qeyd edilir ki, Saziş 2021-ci il mayın 20-də Moskva şəhərində imzalanıb.

 

Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

 

Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Rusiya Federasiyası Hökumətinə bildiriş göndərsin.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?