Modern.az

Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının birgə təlimləri KEÇİRİLƏCƏK

Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının birgə təlimləri KEÇİRİLƏCƏK

Aktual

26 İyun 2021, 13:40

"Möhtərəm cənab Prezidentin tapşırığı ilə üç qardaş ölkənin birgə təlimləri keçirilməlidir. Bununla bağlı artıq qərar qəbul olunub".

 

Modern.az xəbər verir ki, bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov "Real" TV-yə müsahibəsində deyib.

 

"Azərbaycan,Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin sentyabr ayında təlimləri gözlənilir. Biz buna hazırlıqlarımızı görürük. Artıq ekspert qruplarının bir qismi Azərbaycandadır və təlimin keçiriləcəyi ərazini yoxlayırlar. Bizim hazırlığımızı da yüksək qiymətləndirirlər", - nazir əlavə edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranla Rusiya bombalanır - Ard-arda şok partlayışlar