Modern.az

Çağırışçıların NƏZƏRİNƏ

Çağırışçıların NƏZƏRİNƏ

Aktual

26 İyun 2021, 13:57

Azərbaycanda iyul ayında müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçılar Silahlı Qüvvələr üzrə xidmət yerlərinə təyinatla bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən iyunun 26-da SMS vasitəsilə məlumatlandırılıblar.

 

Xidmətdən Modern.az-a verilən məlumata görə, çağırışçılara SHXÇDX-nin yerli baş idarə, idarə, şöbə və bölmələrində qeydiyyat zamanı təqdim etdikləri mobil nömrələrini aktiv saxlamaları tövsiyə olunur. Çağırışçıların hərbi qeydiyyatda olduqları Xidmətin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən çağırıldığı halda təyin edilmiş vaxtda aidiyyəti üzrə gəlmələri zəruridir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada Türkiyəyə HÜCUMLAR BAŞLADI - Cavabınızı alacaqsınız!