Modern.az

Azərbaycanda Açıq Hökumətlə bağlı müzakirə aparılıb

Azərbaycanda Açıq Hökumətlə bağlı müzakirə aparılıb

Aktual

26 İyun 2021, 13:24

Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan Milli Platforması tərəfindən təşkil olunan “Azərbaycanda Açıq Hökumət Tərəfdaşlığı ilə bağlı proseslərdə vətəndaş cəmiyyətinin rolu” adlı onlayn konfrans keçirilib..
Tədbirdə Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan Milli Platformasının  əlaqələndiricisi Şəhla İsmayıl Azərbaycanla  Açıq Hökümət Platforması arasında olan əməkdaşlığdan söz açıb. O bildirib ki, Azərbaycan tərəfi beynəlxalq təşkilat qarşısında götürdüyü öhdəliklərin yerinə yetiriləsi ilə bağlı bir sıra işlər görülüb ki, bu da müsbət hal kimi dəyərləndirilə bilər:

“Təbii ki görüləcək işlər, fəaliyyətlər var ki, bunlardan da biri vətəndaş cəmiyyətinin hazırkı vəziyyətidir. Hansı ki, vətəndaş cəmiyyətinin güclü olması Qarabağdakı quruculuq işlərində öz töhfəsini vermiş olar”.


Konfransda iştirak edən Açıq Hökumət Tərəfdaşlığı katibliyinin direktor müavini  xanım Şreya Basu  Azərbaycanın AHP ilk qoşulanh ölkələrdən biri olduğunu və bu əməkdaşlığın hazırkə vəziyyətinə rəğmən, əvvəllər daha müsbət tendensiyalarla müşahidə olunduğunu vurğulayıb. Şreya Basu onu da qeyd edib ki, hazırda Azərbaycanla baqğlı AHP qərarın verilməsinə iki aya yaxın bir müddətin qalmasına baxmayaraq, bu gün rəsmi Bakının öz stattusunu bərpa etmək perspektivləri tükənməmişdir.


AMP idarə heyətinin üzvü, İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin təmsilçisi Samir Əliyev Azərbaycanın AHP əməkdaşlığı barədə danışaraq bildirib ki, Azərbaycan bu beynəlxalq platformaya  2011-ci ildə ilk qoşulmuş ölkələrdən biri olub. O vurğulayıb ki, bu günə kimi  Azərbaycan bu platforma ilə əməkdaşlıq nəticəsində  üç fəaliyyət planı həyata keçirmiş, birini isə hazırda icra etməkdədir. Bu fəaliyyət planlarından 3–ü Açıq Hökümət, biri isə Korrupsiya ilə mübarizə sahəsiinə aid olub.  S. Əliyev bildirib ki,  AHP ilə Azərbayanın əməkdaşlığının inkişaf etdirilməsi işğaldan azad edilmiş ərazilərimizdə xarici investorların iştirakına təkan vermiş olacaq.


Konfransda çıxış edən platforma üzvü,  "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti, AHT-Dialoq Platformasının Azərbaycandakı koordinatoru Əliməmməd Nuriyev rəhbərlik etdiyi platformanın  məqsədi, məramı və  fəaliyyəti barədə  geniş məlumat verib. Ə. Nuriyev bu günə kimi  Azərbaycan höküməti tərəfindən üzərinə götürdüyü öhdəliklə bağlı bir sıra işlərin reallaşdığını qeyd edib: “Hökümətin təklifi iləVətəndaş Cəmiyyəti tərəfindən “Yol xəritəsi” hazırlanaraq təqdim edilib. Fəaliyyət planının hazırlanması ilə bağlı vətəndaş cəmiyyəti və hökümət arasında səkkiz görüş keçirilib”.  Ə.Nuriyev onu da vurğulayıb ki, QHT qanunvericiıiyinə dəyişiklik bu gün üçün aktual məsələdir və həlli Azərbayanın inkişafına nmüsbət töhvələr verə bilər.

“Hüquq və İnkişaf” İctimai Birliyinin sədri Hafiz Həsənov vurğulayıb ki, QHT qanunveriiliyinin dəyişilməsi VC-nin hökümətin gördüyü işlərə daha çox dəstək verməsini təminn edə bilər.

Tədbirdə çıxış edən QHT nümayəndələri, Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin üzvü  Əvəz Həsənov, AMP üzvü Ziya Quliyev, İslahatçı Qadınlar və İnnovasiyalar İctimai Birliyinin sədri Vüsalə Hüseynli, Vətəndaşların əmək hüquqlarını müdafiə liqasının sədri Sahib Məmmədov və digərləri vətəndaş cəmiyyəti ilə hökümət arasında dialoqun yaranması vətəndaş cəmiyyətinin hazırkı durumu, hökümət vətəndaş cəmiyyəti əlaəqlərinin inkişafı ilə bağlı öz təkliflərini səsləndiriblər.

Qeyd edək ki, 2021-ci il avqustun 31-də Azərbaycanın AHP qarşısında götürdüyü öhdəliklərin həyata keçirilməsi ilə bağlı fəaliyyəti başa çatır. Bu müddət ərzində icrası nəzərdə tutulan  fəaliyyət sahələrinin reallaşmaması səbəsindən Azərbaycanın bu Platformada üzvlük məsələsinə yenidən baxıla bilər. Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan Milli Platforması məhz bir sıra təşəbbüslərin həyata keçirilməsini planlaşdırır ki, bunlar arasında Azərbaycan prezidentinə sözügüdən məsələ ilə bağlı  müraciət edilməsi də yer a

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?