Modern.az

Nazir işdən çıxardığı DYP rəisinə VƏZİFƏ VERDİ

Nazir işdən çıxardığı DYP rəisinə VƏZİFƏ VERDİ

Aktual

28 İyun 2021, 11:56

Daxili İşlər Nazirliyində kadr təyinatı olub.

 

Modern.az bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

 

Əmrə əsasən, polis mayoru Rəhimzadə İlqar Şirinbəy oğlu Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə tabe olan Lənkəran regional qeydiyyat-imtahan və texniki baxış şöbəsinin axtarış üzrə inspektoru vəzifəsinə təyin olunub.

 

Qeyd edək ki, İlqar Rəhimzadə bundan əvvəl Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi vəzifəsində işləyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...