Modern.az

“Salfetka sexi”ndəki yanğın söndürüldü - YENİLƏNİB

“Salfetka sexi”ndəki yanğın söndürüldü - YENİLƏNİB

Aktual

28 İyun 2021, 16:14

İyunun 28-də Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə paytaxtın Xəzər rayonunun Binə qəsəbəsində yerləşən nəm salfetkaların istehsalı sexində yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri dərhal yanğının baş verdiyi ünvana cəlb olunub.

Görülmüş operativ tədbirlərlə yanğının daha da genişlənməsinin qarşısı alınaraq söndürülüb.

***

Binə qəsəbəsində nəm salfetkaların istehsalı sexində yanğın başlayıb.

 

Fövqəladə Hallar Nazirliyindən (FHN) Modern.az-a verilən xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində nəm salfetkaların istehsalı sexində yanğın olması barədə məlumat daxil olub.

 

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğın baş verdiyi ünvana cəlb olunub. Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

 

Əlavə məlumat veriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?