Modern.az

Vətən müharibəsi iştirakçısı intihar etdi

Vətən müharibəsi iştirakçısı intihar etdi

Aktual

28 İyun 2021, 14:14

Şirvanda 33 yaşlı kişi intihar edib.

 

Modern.az "Qafqazinfo"ya istinadən məlumat verir ki, Şirvan şəhər sakini, 1988-ci il təvəllüdlü Cəlilov Emin Eldəniz oğlu özünü yaşadığı evin həyətindəki çardaqdan asıb.

 

Onun meyiti ailə üzvləri tərəfindən aşkar edilib. Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub.

 

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

 

Qeyd edək ki, E.Cəlilov Vətən müharibəsində könüllü iştirak edib. İyunun 24-də Qubadlı və Zəngilanın azad olunmasına görə medalları ilə təltif edilib.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?