Modern.az

Gürcüstanda gələn aydan kütləvi vaksinasiyaya başlanılır

Gürcüstanda gələn aydan kütləvi vaksinasiyaya başlanılır

Aktual

28 İyun 2021, 13:50

Gürcüstanda əhalinin COVID-19 əleyhinə kütləvi peyvəndlənməsinə iyul ayından başlanılacaq.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Ekaterina Tikaradze məlumat verib.

 

Nazir vaksinasiyanın həm Tbilisi, həm də bölgələrdə həyata keçiriləcəyini bildirib.

 

E.Tikaradzenin sözlərinə görə, bu həftənin sonunda Gürcüstana milyon doza “Sinopharm” və “Sinovac” preparatları çatdırılacaq və gələn həftədən vaksinasiyaya start veriləcək.

 

Qeyd edək ki, indiyədək qonşu ölkədə 254 737 nəfər peyvənd vurdurub. Hər iki dozanı alanların sayı 94 740 təşkil edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?