“Gashaltı Health Hotel Naftalan”nın təşkilatçılığı ilə açıq havada 26 İyun Silahlı Qüvvələr Günü münasibəti ilə konsert proqramı təşkil olunub. Konsertdə şəhid ailələri, qazilər və “N” saylı hərbi hissənin əsgər və zabit heyyəti iştirak edib.
Modern.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının xalq artisti Şahnaz Haşımova və Şur instrumental xalq calğı alətləri ansamblı çıxış edib, həmçinin uşaqlar üçün əyləncəli proqram hazırlanıb.
Sonda qonaqlarla birgə xatirə şəkli çəkilib.