Modern.az

Gürcüstan parlamentində Rusiya himni səsləndirildi

Gürcüstan parlamentində Rusiya himni səsləndirildi

Aktual

28 İyun 2021, 15:02

Gürcüstan parlamentinin növbədənkənar iclasında Rusiyanın dövlət himni eşidilib.

 

Modern.az xəbər verir ki, himni müxalif Vahid Milli Hərəkat Partiyasının üzvü Nona Mamulaşvili İnsan haqları və vətəndaş inteqrasiyası Komitəsinin sədri Mixeil Sarcveladze çıxış edərkən mobil telefonu vasitəsilə səsləndirib.

 

Bundan sonra qanunverici orqanda səs-küy yaranıb. Parlamentin sədri Kaça Kuçava xanım deputatın hərəkətini utancverici adlandırıb.

 

“Bravo, bravo! Gürcüstanın müstəqillik aktının imzalandığı yerdə siz Rusiya himnini səsləndirdiniz”, - spiker deyib.

 

Qeyd edək ki, iclasda baş nazir İrakli Qaribaşvilinin illik hesabatı ilə bağlı siyasi debatlar keçirilir.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?