Modern.az

39 cinayətin üstü “isti izlər”lə açılıb

39 cinayətin üstü “isti izlər”lə açılıb

Aktual

28 İyun 2021, 17:45

Daxili İşlər Nazirliyi (DİN) iyunun 27-nə qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

 

DİN-in mətbuat xidmətindən Modern.az-a bildiriblər ki, respublikanın daxili işlər orqanları gün ərzində törədilmiş 39 cinayətin üstünü “isti izlər”lə açıb. Əvvəlki dövrlərdən bağlı qalmış 1 cinayətin açılması təmin olunub.

 

Axtarışda olduğuna görə ümumilikdə 14 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 20 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyə Fələstin xəyanətinə niyə susdu? Putin türk dünyasına gətirilir