Modern.az

Çağırışçıların hərbi hissələr üzrə bölgüsü başa çatdı

Çağırışçıların hərbi hissələr üzrə bölgüsü başa çatdı

Aktual

28 İyun 2021, 19:25

Azərbaycan Ordusunun hərbi hissələrinin komplektləşdirilməsi məqsədilə hərbi xidmətə yeni gələn çağırışçıların bölgüsü prosesi başa çatdırılıb.

 

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, Müdafiə nazirinin müvafiq əmrinə əsasən yaradılan komissiya “2021-ci ilin iyul ayında hərbi hissələrə gənc heyətin göndərilməsi planına” uyğun olaraq çağırışçıların bölgüsünü həyata keçirib.

 

Çağırışçıların hərbi hissələr üzrə bölüşdürülməsi əks-ərazi prinsipi nəzərə alınmaqla xüsusi kompüter proqramı vasitəsi ilə həyata keçirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?