Modern.az

Bakıda qohumları azyaşlını dilənməyə məcbur edir - FOTO

Bakıda qohumları azyaşlını dilənməyə məcbur edir - FOTO

Aktual

28 İyun 2021, 20:56

Bakının Nəsimi rayonu ərazisində qohumları tərəfindən dilənməyə məcbur edilən azyaşlı aşkarlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə  "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkədə yazıb. O bildirib ki, azyaşlının adı Şərifov Ümid Tural oğludur və o, 5 il əvvəl də sığınacaqda olub:

 

“Anası bir neçə aydan sonra tapılıb gəlib uşağı aparıb. Ümidin dediyinə görə, xalasıgil onu dilənməyə, təkər qaraltmağa məcbur edib,qazancını əlindən alıb. O isə bunu etmək istəmədiyinə görə, az pul qazandığına görə döyülüb və qaçıb. Neçə vaxt küçədə yaşayıb. Bu gün Nəsimi rayonu 19-cu polis bölməsi tərəfindən azyaşlı sığınacağımıza yerləşdirilib”.

 

K.Ağazadə qeyd edib ki, Ümid oxumaq istəyir vədövlətin himayəsinə verilməsini istəyir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi