Modern.az

ABŞ-da binanın çökməsi nəticəsində ölənlərin sayı 10-a çatıb

ABŞ-da binanın çökməsi nəticəsində ölənlərin sayı 10-a çatıb

Aktual

28 İyun 2021, 21:09

ABŞ-ın Florida ştatında 12 mərtəbəli yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı 10-a çatıb, 151 nəfərin taleyi naməlum qalır.

 

Modern.az xəbər verir ki, bu barədə jurnalistlərə Miami-Dade dairəsinin başçısı Daniella-Livayn Kava bildirib.

 

O qeyd edib ki, axtarışlar gecə boyu davam edib:

 

"Biz daha bir cəsədi tapdıq. Beləliklə, ölənlərin sayı 10 nəfərə çatıb. 151 nəfərin taleyi naməlum olaraq qalır".

 

Onun sözlərinə görə, çökən binanın dağıntılarının sökməsi zamanı təcili yardım işçiləri ağır texnikalardan istifadə etməyə başlayacaq. Dairə başçısı bildirib ki, xilasetmə əməliyyatı davam edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?