Modern.az

Hacıqabulda TIR "Qazel"ə çırpıldı - xəsarət alanlar var - FOTO

Hacıqabulda TIR

Aktual

28 İyun 2021, 21:23

Hacıqabul rayonunda xəsarətlə nəticələnən yol qəzası olub.

 

Modern.az xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Padar-Çöl kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Türkiyə Respublikası vətəndaşının (ad və soyadı dəqiqləşdirilir-red) idarə etdiyi TIR yük maşını Ağsu sakini, 50 yaşlı sürücü Həsənov Əmrah Polad oğlunun idarə etdiyi "Qazel" markalı avtomobilə arxadan çırpılıb. Nəticədə "Qazel" yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü və onun sərnişini, 65 yaşlı Şamaxı sakini Rəfiyev Vəkalət Ənvər oğlu müxtəlif xəsarətlər alıblar.

 

Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır (report).

 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?