Modern.az

Şəkidə 2 yaşlı uşağı maşın vurdu

Şəkidə 2 yaşlı uşağı maşın vurdu

Aktual

28 İyun 2021, 23:13

Şəkidə azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə Şəki şəhərində qeydə alınıb.

 

Belə ki, 2019-cu il təvəllüdlü Atakişiyev Ümid Rəfail oğlu yolu keçərkən onu avtomobil vurub. Yaralı əvvəlcə təcili tibbi yardımın köməkliyi ilə Şəki Şəhər Mərkəzi Xəstəxanasına aparılıb. Lakin vəziyyəti ağır olduğundan Bakıdakı xəstəxanalardan birinə göndərilib. Müayinə zamanı ona açıq kəllə-beyin travması və qabırğaların sınığı diaqnozları qoyulub. Ü.Atakişiyev reanimasiya şöbəsinə yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır (report).

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi