Modern.az

Erməni xilasedicilər Tərtərdəki su anbarında təlim keçirdi - FOTO

Erməni xilasedicilər Tərtərdəki su anbarında təlim keçirdi - FOTO

Aktual

28 İyun 2021, 23:27

Azərbaycanın Yuxarı Qarabağ torpaqlarının Rusiya hərbi kontingentinin nəzarətində qalan hissəsində hələ də tör-töküntüləri fəaliyyət göstərən separatçı-terrorçu erməni rejiminin qanunsuz “fövqəladə hallar xidməti”nin mətbuat xidməti guya erməni xilasedicilərin Sərsəng su anbarında təlim keçmələri haqda məlumat yayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Xankəndidəki separatçı nəşrlər yazıb.

 

Hər il yay mövsümündə keçirildiyi deyilən dalğıc təlimləri qeyri-qanuni “fövqəladə hallar xidməti”nin rəisi Mexak Arzumanyanın rəhbərliyi ilə keçirilib. 

 

Xatırladaq ki, inzibati hüquqi cəhətdən Tərtər rayonuna aid olan Sərsəng su anbarı 1993-cü ildən Ermənistan ordusunun işğalı altında olub (moderator.az).

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?