Modern.az

Piyadanı vurub xəstəxanaya çatdırdı

Piyadanı vurub xəstəxanaya çatdırdı

Aktual

28 İyun 2021, 23:39

Lənkəranda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, qəza şəhərin mərkəzi küçələrindən biri olan Zərifə Əliyeva küçəsində qeydə alınıb.

 

Şəhər sakini, 1999-cu il təvəllüdlü Rahim Rəhim oğlu Mirzəzadəni avtomobil vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxs həmin avtomobilin sürücüsünün köməkliyi ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır (apa).

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi